BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı: “Sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın”

“Qeyri-rəsmi məşğulluq olmamalıdır. Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşü zamanı deyib.

 

“Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq” – İlham Əliyev vurğulayıb.

Tarix: 4 Mart 2020, 06:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin