BURADA REKLAMINIZ OLA
BİLƏR

“BakuBus”: Avtobuslara ziyan vuran sərnişinlər məsuliyyətə cəlb olunacaqlar

“BakuBus” MMC sərnişinləri avtobuslarda təmizliyə riayət etməyə, qapı, pəncərə və salonun digər yerlərində yapışdırılan stikerləri qoparmamağa, avtobus avadanlığına maddi ziyan vurmamağa çağırır.

 

Pravda.az xəbər verir ki, bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, stikerlərin üzərində yazılan məlumatlar sərnişinlərin ictimai nəqliyyatdan istifadə qaydaları haqqında maarifləndirilməsinə xidmət edir:

 

"Salonda təhlükəsizlik kameraları vasitəsilə çəkiliş aparılır. Qanunvericiliyə əsasən, "BakuBus" MMC-nin avtobuslarına maddi ziyan vuran sərnişinlər məsuliyyətə cəlb olunacaqlar.

 

Vətəndaşlardan da avtobuslarda təmizliyə riayət etməyən və stikerləri qoparan şəxsləri bu kimi hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edirik".

Tarix: 23 Noyabr 2019, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin