BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Bülbüloğlunun Şuşada baxil geyinməsinə aydınlıq gətirildi

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun Şuşada baxil geyinməsinə aydınlıq gətirilib.

 

Pravda.az-ın xəbərinə görə, Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak edən jurnalist Vüsal Məmmədov bildirib ki, Polad Bülbüloğlu səhnəyə iki dəfə çıxıb, buna görə də palçıqdan qorunmaq üçün baxil geyinməsi normal idi.

 

“Palçıqlı ayaqqabı ilə səhnəyə çıxmazlar axı. Digərlərinə gəlincə, insana “Vətəni sevirsənsə, mütləq ayağın palçığa batmalıdır” demək nə qədər məntiqlidir? Yəni palçığın patriotizmlə əlaqəsini qurmaqda çətinlik çəkirəm” – V.Məmmədov qeyd edib.

Tarix: 13 May 2022, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin