BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Mina partladı, FHN-nin əməkdaşı xəsarət aldı

İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.

 

Hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərov qolundan ağır xəsarət alıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, FHN-in kapitanı Süleyman Heydərov rayonun Baş Qərvənd olarkən xidməti fəaliyyəti zamanı minaya düşməsi nəticəsində müxtəlif növ xəsarətlər alması müəyyən edilib.

 

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 13 May 2022, 12:24   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin