BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Əmiraslanov Orxan Fikrət oğlundan danışdı

“Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birçlyinin Prezidentiyəm və bu təşkilatlarən fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Tahir Əmiraslanov bildirib.

 

O, Orxan Fikrətoğlunu çoxdan tanıdığını qeyd edib: “Aramızda salam var. Ona yeni işində uğur arzulayıram. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqvilə var , Müqavilə 2019- cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqaviləni dəstəkləyir. Biz dövlət və milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik”.

Tarix: 13 May 2022, 13:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin