BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktor: “Həm onlayn, həm də çap mediası dövlətin diqqət mərkəzindədir”

“Kağız və çap məhsullarının ƏDV-dən azad edilməsi mühüm addımdır”.

 

Bu sözləri Demokrat.az-a açıqlamasında “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli deyib.

 

Baş redaktor bildirib ki, bu, qəzet çapına da əlavə stimul verəcək:

 

“Məsələni zaman-zaman qəzet baş redaktorları gündəmə gətirirdilər. Çünki hazırki dövrdə qəzeti yaşatmaq çox çətindir, dövlət bu işdə maraqlı olmalıdır. Atılan addımlardan da görünür ki, dövlət dəstəyini əsirgəmir, təkliflər nəzərə alınır, problemlər aradan qaldırılır”.

 

İ.Pirəli qeyd edib ki, ümumilikdə media sahəsində çox ciddi addımlar atılır, islahatlar həyata keçirilir, şəffaflıq təmin edilir:

 

“Xatırlayırsınızsa, ötən ilin yanvarında Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Fərmanın icrası uğurla həyata keçirilir, bu müddət ərzində yenilikləri hər kəs görür. Həm onlayn, həm də çap mediası dövlətin diqqət mərkəzindədir. Düşünürəm, müsbət addımlar davam etdiriləcək”.

Tarix: 13 May 2022, 15:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin