BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bir elan paylaş və öz yarını tap" - İnternetlə evlənmə - VİDEO

“Bir elan paylaş və öz yarını tap”.

 

Son vaxtlar sosial şəbəkələrdə belə şüarlar paylaşan səhifələrin sayı artıb. Bunu hətta biznesə çevirənlər də var. Yəni paylaşımlar üçün həmin səhifələri idarə edən şəxslərin kart hesablarına ödəniş etməlisən.

 

Xüsusilə, bəylər buna görə üç və ya beş manatından keçməlidirlər. Xanımlar üçün isə paylaşımlar adətən pulsuz olur.

 

Məsələnin maliyyə tərəfi bir yana, münasibətlərin bu formada qurulması nə dərəcədə etibarlıdır?

 

Sosioloq Lalə Mehralı belə tanışlıqlarda aldadılmaq ehtimalının daha yüksək olduğu qənaətindədir.

 

Sosioloq bildirib ki, digər münasibətlərdə virtual tanışlıqlar mümkündür, ancaq ailə qurmaq məsələsində bu, etibarlı vasitə deyil.

 

Sorğu apardığımız insanlar da evlilik üçün belə səhifələrin etibarlılığına inanmadıqlarını deyirlər.

 

Sosioloq Lalə Mehralı bildirib ki, sosial şəbəkələrdə bu cür səhifələr vasitəsilə nəinki evlənmək, şəxsi məlumatları da paylaşmaq yolverilməzdir.

 

Daha ətraflı Xəzər TV-nin süjetində:

 

Tarix: 13 May 2022, 17:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin