BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda professor vəfat etdi

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, texnika elmlər doktoru, professor Arif Quliyev vəfat edib.

 

Pravda.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, A.Quliyev 3 fevral 1934-cü ildə Aşqabad şəhərində anadan olub.

 

1957-ci ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib və Azərbaycana gəlib. Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

 

1971-ci ildə - 37 yaşında texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci ildə professor elmi adı alıb.

 

2003-cü ildən Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun Aparat rəhbəri olub.

Tarix: 14 May 2022, 09:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin