BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: “Bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir”

“Bütün türk qardaşlarımızı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamları ifadə edirəm. İlk növbədə, hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı qeyd edib ki, bu hava limanının açılışı Türkiyədə gedən çox uğurlu prosesin təzahürüdür: “Qardaş Türkiyə gündən-günə sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan siyasətin, əziz qardaşımın böyük əməyi var. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda ölkə daxilində də böyük layihələr həyata keçirməyə qadirdir. Bunlar arasında xüsusi ilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir”.

 

Tarix: 14 May 2022, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin