BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli Türkiyədə partiya sədri ilə görüşdü - FOTO

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli Türkiyədə Yenidən Rifah Partiyasının başqanı cənab Fatih Erbakanla görüşüb.

 

Partiyanın mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, görüş səmimi şəraitdə keçib, hər iki tərəf ölkələrimiz və partiyalarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

 

Cənab Fatih Erbakan Tahir Kərimlini İslam dünyasının D-8 formatında Türkiyədə keçiriləcək sammitinə rəsmi olaraq dəvət edib.

 

Tahir Kərimli rəsmi dəvəti məmnuniyyətlə qəbul edərək təşəkkürünü bildirib.

Fotoları təqdim edirik
Tarix: 15 May 2022, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin