BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yükdaşıma şirkəti cərimələndi - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində “HJ Truck Company” MMС-nin cərimə edilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Nərimanov Rayon Məhkəməsinin şirkətin 6 325 manat (18 605 ABŞ dollarının 20%-i miqdarında) cərimə edilməsi barədə qərar qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Şirkətə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib edib.

 

Protokola əsasən, Nərimanov Rayon məhkəməsi şirkətin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

 

2017-ci ildə yaranan “HJ Truck Company” MMС yükdaşıma xidmətləri göstərən şirkətdir.

Tarix: 23 Noyabr 2019, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin