BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin diqqətinə: 18 may saat 11:00-da...

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 18 may saat 11:00-da start veriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

 

Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Tarix: 16 May 2022, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin