BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın sabiq prezidenti: “Qara, yağışa, fırtınaya, küləyə baxmıram" - VİDEO

“Hər gün səhər 6-da yuxudan durub idmanla məşğul oluram. Bu ənənəni pozmuram”.

​

Pravda.az-ın xəbərinə görə, bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, Akif Əlizadə deyib.

 

A.Əlizadə bildirib ki, həyətində ağaclı, çiçəkli sahədə idman edir: “Daha çox yeriyirəm. Hərdən həvəsim olmur, amma iradəm güc gəlir. Qara, yağışa, fırtınaya, küləyə baxmıram. Yoldaşım bəzən mənə deyir ki, sənin tezdən durub getməyə həvəsin var? Mən səni başa düşmürəm. Deyirəm, əlbəttə, məni başa düşmək çətindir. Mənim idman gimnasitikası üzrə 1-ci İdman dərəcəm də var idi. Yəhudi idman müəllimim deyirdi ki, yaşın artdıqca idmanı da o səviyyədə apar. Əvəllər bədənimi gücə salardım. Tədricən azaltdım. İndi balaca bir səhər idmanı kifayət edir”.

 

 

Tarix: 4 Mart 2020, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin