BURADA REKLAMINIZ OLA
BİLƏR

Samir Bağırov: "Hörmət qazanmışam"

"Müsahibə verməyəcəm. O qədər müğənni var ki... O qədər zəng edirlər, açmıram. Başqalarından müsahibə alsınlar".

 

Bu sözləri müğənni Samir Bağırov "Şourum"a açıqlamasında deyib. O bildirib ki, efirə çıxmaq və oxumaq istəmir:

 

"Qlobal problemlərlə, dünyada baş verənlərlə məşğulam. İndi şou-biznes düşünmürəm. Mən şou-bznesdə deyiləm: alver və sənəti bir arada istəmirəm. Alverin içində olmaq istəmirəm. Səslər, maraqlar yoxdur. Bizneslə incəsənət olmaz. Hanı Mayk Cekson, Uitni Hyuston? Əvvəlki müğənnilər artıq yoxdur. Efirə çıxmaq istəmirəm, səbəblərim var. Elə-belə müğənni deyiləm. 30 ildir hörmət qazanmışam".

 

Axsam.az

Tarix: 17 May 2022, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin