BURADA REKLAMINIZ OLA
BİLƏR

Yük maşını çaya aşdı, sürücü və oğlu öldü

Gədəbəydə yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.

 

Nəticədə Ş. Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 23 Noyabr 2019, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin