BURADA REKLAMINIZ OLA
BİLƏR

Belarusun Baş naziri Azərbaycana gəldi

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.

 

Qolovçenkonu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

 

R.Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

 

Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək.

 

Bundan başqa, səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

 

Səfər iki gün davam edəcək.

Tarix: 18 May 2022, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin