BURADA REKLAMINIZ OLA
BİLƏR

Marina Kalyurand Tural Gəncəliyevlə görüşdü

Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Milli Məclisin deputatı Tural Gəncəliyevlə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Marina Kalyurand “Twitter“də bildirib.

 

Nümayəndə heyətinin rəhbəri Kalyurand Tural Gəncəliyevi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib.

 

“Tural Gəncəliyev və deputat Sevil Mikayılova ilə çox yaxşı müzakirələr apardıq. Əməkdaşlığımızı və növbəti Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclaslarını səbirsizliklə gözləyirik”, - o qeyd edib.

 

 

Tarix: 18 May 2022, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin