BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bundan sonrakı zamanımı sakit və hüzur içində yaşamaq istəyirəm” - Səfa Mirzəyev

Milli Məclis Aparatının sabiq rəhbəri, bir neçə gün öncə təqaüdə göndərilən 70 yaşlı Səfa Mirzəyev bundan sonrakı planları ilə bağlı danışıb.

 

Pravda.az xəbər verir ki, Səfa Mirzəyev istirahət etmək, bundan sonrakı zamanını sakit və hüzur içində yaşamaq istədiyini qeyd edib.

 

Səfa Mirzəyev elmi, pedaqoji fəaliyyətlə məşğul olub-olmayacağı haqda sualı isə cavabsız qoyub.

 

 

Xatırladaq ki, mayın 12-də 70 yaşı tamam olan S.Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, 1996-cı ildən 2022-ci il mayın 16-na kimi Milli Məclis Aparatının rəhbəri işləyib.

 

Modern.az

 

Tarix: 18 May 2022, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin