BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Şirəliyevin qızına yeni vəzifə verildi

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsindən azad olunub.

 

Pravda.az-ın xəbərinə görə, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib.

 

Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsinə isə Xarlamova Elena Mixayılovna təyinat alıb.

 

Qeyd edək ki, o, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin Mədəniyyət naziri təyin edilib.

Tarix: 4 Mart 2020, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin