BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vita aptekləri” yenə tələbləri pozdu

“Vita aptekləri” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Süleyman Ağayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Xatırlatma: Daha əvvəl də şirkət barəsində eyni xətai ilə bağlı cərimə protokolu yazılmışdı.

 

Qeyd: “Vita aptekləri” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Sadıqov Elçin Ağasadiq oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.02.2016-cı ildir.

 

Kamal Məmmədov

Tarix: 19 May 2022, 07:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin