BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhman Rəhmanov iki həyat yoldaşı ilə bir evdə qalır? - VİDEO

Əməkdar artist Rəhman Rəhmanov iki həyat yoldaşı olması söhbətlərinə münasibət bildirib.

 

"Səni axtarıram" verilişində qonaq olan aktyora aparıcı Xoşqədəm Hidayətqızı "Deyirlər ki, hər iki həyat yoldaşınız sizinlə bir evdə qalır" sualını ünvanlayıb.

 

"Deyirlər ki, iki arvadım var. Yalan sözdür, yayırlar. Bu şayiədir. Mənim bir həyat yoldaşım var" deyən R.Rəhmanov bunlarə əlavə edib:

 

"Yalandır. Birinci həyat yoldaşımdan rəsmi şəkildə boşanıb, ikinci dəfə ailə həyatı qurmuşam".

 

X. Hidayətqızı R.Rəhmanova yaxınlaşaraq, telefonda hər iki həyat yoldaşının birgə çəkilən fotosunu göstərərək, aktyora yalan danışdığını söyləyib.

 

R.Rəhmanov isə buna etiraz edərək "Burada mehribançılıqdan söhbət gedir. O mehribançılığı hər kişi bacarmaz. Ailə əgər boşanırsa, balaların ürəyini sındırmaq olmaz" sözlərini söyləyib.

 

Tarix: 19 May 2022, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin