BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Gəlir deklarasiyasının təqdim olunmasını təklif edən deputat bizneslə məşğul ola bilərmi?!”

“Təəssüflər olsun ki, adım növbəti dəfə əsassız olaraq bir yazıda hallandırılıb. Ümumiyyətlə, bizneslə məşğul olmamışam və hazırda olmuram. Parlamenti və deputatları yaxşı tanımayaraq, ya da onlara qarşı qərəzli davranaraq belə bir yazının hazırlanmasını ehtimal edirəm...”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

“VI çağırış Milli Məclisin ilk iclaslarının birində deputatların gəlirləri barədə hər il deklarasiya təqdim etməsini təklif etmişdim. Belə bir hal olacağı təqdirdə digər məmurlar da rəsmi olaraq öz gəlirləri, eləcə də yaxınlarının gəlirləri haqqında məlumat təqdim edəcəklər. Bu yolla dövlətin vəsaitlərinin mənimsənilməsinin qarşısı alına bilərdi. Amma təəssüf ki, təklifim qəbul edilmədi. Belə bir təkliflə çıxış edən şəxs bizneslə məşğul ola bilərmi?! Bu baxımdan jurnalistləri xüsusilə də bu xəbəri tirajlayan xəbər agentliklərini, saytları diqqətli olmağa, məlumatları dəqiqləşdirib, daha sonra paylaşmağa çağırıram. Ümid edirəm ki, belə xoşagəlməz hallar bir daha təkrarlanmaz” – N.Həmzəyev qeyd edib.

 

Leyla Yusubova

Tarix: 19 May 2022, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin