BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevin “stop”u götürüldü

İctimai fəal Bəxtiyar Hacıyevin ölkədən çıxışına icazə verilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə B.Hacıyev özü məlumat verib.

 

“Hava limanında yaşadığım problem həll edildi. DİN “saxla” əmri veribmiş, mən də səhər saatları olsa da, DİN-də tanıdığım adamları narahat etməli oldum. Bir xeyli araşdırandan sonra dedilər açılmış, bağlanmış bir işdə şahid olduğum üçün keçən il qoyulubmuş. Mən də dedim işdə şahidə “saxla” qoyulursa, iş bitəndə götürmək lazımdır. Eyni zamanda “saxla”, “stop”u qanuni, rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN saytında yoxlayıb, vaxtında tədbir görək. DİN saytında isə “stop”, “saxla” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat terrorçu kimi saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım, tər içində. Sonra da deyirlər niyə şikayət edirsən?” – ictimai fəal qeyd edib.

 

Mirzə

Tarix: 19 May 2022, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin