BURADA REKLAMINIZ OLA
BİLƏR

Kriptovalyuta alanların nəzərinə: Belə olan halda, qiymət enəcək

“Kriptovalyuta mahiyyət etibarilə ilə heç nə ilə təmin edilməyan aktiv və dəyərdir. İstifadə etdiyimiz kağız pulların belə, dəyərləri yoxdur. Çünki nəticə etibarilə kağızdır. Sadəcə, kağız pulları dövlət tanıyır deyə biz də onlara etibar edirik. Qədim dövrlərdə pul dəyəri olan bir əşya olub. Bir qayda olaraq pullar qızıl və gümüş sikkələr idi. Müəyyən dəyəri var idi, kim tanıdı, kim tanımadı, heç bir önəmi yox idi, yəni bahalı bir əşya idilər. İndi mövcud olan bütün kağız pulların isə özlərinin heç bir dəyəri yoxdur. O pulları dövlət, insanlar tanımazsa, kimə lazım olar o kağız parçası. Pul nişanları belə, dövriyyədən düşür, inflyasiya məruz qalır. Dünən 10 manata alınan məhsulu sabah o qiymətə ala bilməyəcəksənsə, bu o demək deyil ki, hər şey bahalaşıb. Əksər vaxtlarda bahalaşma o deməkdir ki, pul dəyərdən düşüb. Çünki dövriyyədə pul çoxalıb, dövlət istədiyi qədər pulu çap edə bilir. Qızıl, gümüş sikkələri isə istədikləri qədər istehsal edə bilməz, çünki qızılla gümüşün miqdarı məhduddur. Kriptovalyutanın da bu mənada üstünlüyü odur ki, onun da sayı, miqdarı məhduddur. Yəni istənilən qədər bitkoin istehsal etmək olmur, amma digər tərəfdən baxanda, kağız pulu dövlət tanıyırsa, kriptovalyutaları tanımır. O yalnız insanların etimadı əsasında fəaliyyət göstərir. Bu etimad da stabil deyil, gah yüksək olur, gah da düşür. Bu da dəyərə təsir edir. Ona görə də qeyri sabit olan bir valyutadır. Kriptovalyutaların sayı get-gedə artır. Ümumiyyətlə, insanlara bu bazara daxil olmağı tövsiyə etmirəm”.

 

‌Bunu Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

‌

‌“Bu bir növ hansısa rəsm əsərinə görə kimlərinsə milyonlar verməsinə hazır olması halında digərlərinin "bu nədir axı, bu qədər pul verim?!" deməsinə bənzəyir. Əgər belə milyonlar verməyə hazır olanlar çoxdursa, həmin əsərin qiyməti də baha olur, yox, çox məbləğ verən yoxdursa, sən elə yalnız özünə deyəcəksən ki, bu əsərin qiyməti bahadır. Kriptovalyuta da belə bir şeydir. İnsanlar özləri beyinlərində fikirləşiblər ki, onun dəyəri var və hamı da onu alır. Bir gün belə insanların sayı azalan kimi kriptovalyutaların da qiymətləri enəcək” – ekspert qeyd edib.

 

Leyla

Tarix: 19 May 2022, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin