BURADA REKLAMINIZ OLA
BİLƏR

Rauf Qurbanov: "Ruspərəst deyiləm, Kommunist Partiyasının bağlanacağını da ağlıma belə gətirmirəm"

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun Pravda.az-a müsahibəsini təqdim edirik:

 

- Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib. Azərbaycan Kommunist Partiyasının da fəaliyyətinə qadağa qoyulması ilə bağlı təkliflər var. Partiyanın fəaliyyəti məhdudlaşdırıla bilərmi?

 

- Əvvəla, Ukraynadan fərqli olaraq Azərbaycanda siyasi plüralizm mövcuddur, bütün siyasi partiyaların fəaliyyət göstərməsi üçün münbit şərait var. Ukraynada Kommunist Partiyasına indi deyil, 2015-ci ildə məhz “Maydan” hadisələrindən sonra qadağa qoyulub. 30 ilə yaxın bir dövürdə, Ukrayna Kommunist Partiyası Radada say tərkibinə görə ikinci böyük partiya olub. 2014-cü il dövlət çevrilişindən sonra Poroşenko da daxil olmaqla, hakimiyyətə gəlmiş “demokratlar” Ukraina Kommunist Partiyasıının fəaliyyətini dayandırdılar. Hətta simvollarının da gəzdirilməsinə qadağa qoydular. Bundan fərqli olaraq, Azərbaycanda tamam başqa ictimai-siyasi mühit var. Kommunist Partiyasının fəaliyyətinin qadağan olunmasını istəyənlər, çox təəssüflər olsun  ki, özlərini demokratik dövlətin qurulmasının tərəfdarı olduqlarını iddia edənlərdir.

Onlar doğrudan da, demokratik cəmiyyət üçün çalışırlarsa, onda başqa bir beynəlmiləl ideologiyaya  malik olan partiyanın bağlanması üçün   niyə çağrışlar edirlər? Çox ziddiyyətli mövqedir.  Bu gün dünyanın 193 ölkəsində Kommunist  Partiyaları fəaliyyət göstərir. Əksər dövlətlərdə də Kommunist Partiyası  hakim partiyadı. Məsələn:  Çin Xalq Respublikasıda, Vetnamda, Kubada, Şimali Koreyada, Laosda bir sıra digər ölkələrdə. Dünyanın iqtisadi cəhətdən ən qüdrəti dövləti  olan ÇXR –sı məhz, KP rəhbərliyi altında qısa bir zaman kəsiyində böyük  tərəqqiyə nail olub, dünyanın iqtisadi lokomativinə çevrilib. Təkcə kapitalizm dünyasının fövqə dövləti hesab olan ABŞ-nın  Çinə 3 trilyon 600 mlyard borcu var. Cəmiyyətin  müxtəlif təbəqələrini öz ətrafında birləşdirən  partiyanı necə qadağan etmək olar? Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılmasına cəmiyyətdə heç bir sosial bazası  olmayan bəzi “partiya”ların  çağrışlarını tamamilə absurd hesab edirəm.  Azərbaycanda elə bir addım atılacağını ağlıma belə gətirmirəm. Məşhur rus filosofu Aleksandr Zinovyevin yaxşı bir sözü var: “Kommunizm elə bir ümumbəşər ideologiyadır ki, onun rüşeymləri daima kapitalizmin gövdəsində yaşayır”. Nə qədər ki, cəmiyyətdə ağa-bəy münasibətləri var, bir sinifin digər sinif üzərində hökmüranlığı movcuddur Kommunist ideologiyası insanların beynində,  şüurunda, ürəyində yaşayacaqdır  və sosial ədalətli cəmiyyət üçün mübarizə aparılacaq.

 

- Bəzi siyasətçilər belə fikir səsləndirirlər ki, Rusiyaya açıq dəstək göstərənlər məhz “Beşinci kolon”un nümayəndələridir və onlar ölkə üçün təhdiddir.

 

- Bu, çox yanlış fikirdir. Partiya sədri olaraq Rauf Qurbanovun bir mövqeyi var: milli maraqlar və onun təmin olunması. Mən Ruspərəst yox, Azərbaycanpərəstəm. Rusiya – böyük Şimal qonşumuzla dostluq və mehriban münasibətlərin olmasının tərəfdarıyam. O cümlədən, Gürcüstanla, İranla...        44 günlük Vətən müharibədə Rusiya dövləti  Azərbaycan-Ermənistan münaqişəsində  neytral oldu. Azərbaycanın haqq işi uğrunda apardığı savaşa müdaxilə etmədi. Baxmayaraq ki, Ermənistan KTMT üzvü olduğunu əsas gətirərək bunu RF –dan təkidlə tələb edirdi. Lakin, Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə rəsmi olaraq qeyd etdi ki, Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi uğrunda mübarizə aparır. Əgər ədalətli mövqe  sərgilənirsə, istər Kommunist Partiyası, istərsə də  başqa bir partiya olsun, bu məsələyə  necə mövqe bildirməlidir? Hər hansı bir məsələyə ədalət prizmasından yanaşmaq lazımdır. Hansısa partiyanın mövqeyi mənim xoşuma gəlir və ya gəlmir,bu çox səhv yanaşmadır.Hesab edirəm ki, bu da, Azərbaycanda maarifçiliyin, siyasi mədəniyyətin aşağı olmasından irəli gəlir. Kimisi ruspərəstdir, kimisi Qərbpərəst... Mən Azərbaycanda fəaliyyət göstərən heç bir partiyanı hansısa “pərəstlikdə” günahlandırmamışam. Təssüf lər olsun ki, bəzi opponentlərimiz  bizim partiyaya qarşı  məhsuliyyətsiz və heç bir məntiqə əsaslanmayan  ittihamlar irəli sürürlər. Azərbaycan Kommunist Partiyasının əsas məqsədi  tezliklə, Azərbaycan və Ermənistan dövlətləri arasında  sülh sazişinin  imzalansı, dövlət sərhədlərinin tanınması və   əsrlər boyu bir regionda yaşamış müxtəlif  millətlərin yenə də dostluq , mehribançılıq və əmin-əmanlıq şəraitində yaşamasıdır  . Biz elə bir coğrafi məkanda məskunlaşmışıq ki, nə bizim, nə də bizə düşmən mövqe sərgiləyənlərin bu corafi ərazidən  çıxıb getmə imkanları yoxdur. Biz istər-istəməz bu məkanda yaşamağa məcbur olan millətlərik. Ona görə də qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq səviyyəsində qurmalıyıq. Rusiyaya olan münasibətdə bir vacib məsələni də nəzərdən qaçırmaq olmaz.  Bu gün RF-da  bizim iki milyondan artıq soydaşımız yaşayır.  Onlar orada  öz ailələri üçün çörəkpulu qazanırlar. Bu baxımdan da, yalnız Azərbaycana düşmən olan kəslər  Rusiya – Azərbaycan  münasibətlərinin gərginləşməsini istəyə bilər. Bu da  ermənilərin mənafeyinə xidmətdir. Belə mövqedən çıxış edənlər düşmən dəyirmanına su tökürlər. 10 noyabr 2020-ci ildə atəşkəslə bağlı imzalanmış Bəyannamə, o cümlədən Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi, problemin həllinin az qalmış bir hissəsinin də  yaxın gələcəkdə diplomatik danışıqlar yolu ilə həll olunacağı , bir partiya sədri olaraq mənə ümid verir ki, Rusiyaya Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləməyək.

 

- Məsələyə ədalət prizmasından yanaşmaqdan, Rusiya ilə dostluqdan, qonşuluqdan  danışdınız. Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, Rusiya müttəfiqlik haqqında imzalanan bütün sənədlərə xəyanət etməklə məşğuldur. Rus sülhməramlılarının Qarabağda sərgilədikləri mövqe, yaratdıqları gərginlik də göz qabağındadır...

 

- Elman Məmmədov keçmiş həmkarım olub və bu gündə çox xoş münasibətlərimiz var. Mən, ümumiyyətlə hər bir insanın mövqeyinə hörmətlə yanaşıram. Fikrimi dövlətin xarici siyasətini müəyyənləşdirən Prezidentə istinadən demək istəyirəm. Prezident İlham Əliyev 22 fevral 2022-ci ildə qarşılıqlı münasibətlərlə əlaqədar bəyannaməyə imza atdı. Əgər Azərbaycan Prezidenti sülhməramlıların əməllərindən narazı idisə, onda  niyə bəyannaməyə imza atırdı ? Əgər imza atılıbsa, deməli bu zəruriyyətdən irəli gəlib. Qarşı tərəflə münasibətləri normallaşdırmalıyıq, ya yox?  Bəs bu zaman bizə kim yardım göstərməlidir? Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ ? Bəlkə Fransa? Bu gün,  bu  dövlətlərin Qarabağla əlaqədar   mövqeləri Azərbaycan cəmiyyətinə  tam bəllidir. Demirəm ki, Rusiyanın mövqeyi həmişə bizə qarşı yaxşı olub. Xocalı soyqırımı da, birinci Qarabağ müharibəsində Ermənistana göstərilən dəstək də yadımızdan çıxmayıb. Putinin rəhbərlik etdiyi Rusiya, Yeltsin Rusiyasından tamamilə fərqlidir. Bu münaqişənin həlli üçün hansı sülhməramlını dəvət etməli idik? Ermənilər türklərin sülhməramlı olmasına razı olardı? Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasət ondan ibarətdir ki, Türkiyə monitorinq qrupunun üzvü kimi Qarabağ probleminin həllində iştirak edir. Sülhməramlıları oradan çıxarmaqla  üçüncü Qarabağ müharibə axtarırıq? Yara hələ tam qaysaqlanmayıb. Qısa bir zamanda problemin tam həll olunması mümkünsüzdür. Bunu başa düşərəkdən   vətənə “məhəbbət” pərdəsi altında cəmiyyəti gərginləşdirməyə yönəlmiş mesajlar vermək, boşboğaz çağırışlar etmək lazım deyil. Bir qədər təmkinli olmaq, şəraiti təhlil edərək hadisələrə düzgün qiymət vermək lazımdır. Belə bir  mövqe sərgiliyəndə də  Rauf Qurbanov  Rusiya tərəfi siyasətçi hesab olunur.  Xeyr, bu tamamilə yanlış yanaşmadır.  Mənim üçün Azərbaycanın milli maraqları dünyada hər şeydən üstündür.  Bu gün orda rus sülhməramlılarının olması Azərbaycanın mənafeyinə  xidmət edir.

 

- Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Moskvanın bunda məqsədi nədir?

 

- “Rus icması” ictimai təşkilatdır. Hərbi blok deyil. Ermənilər azərbaycanlıların emosional millət olduğunu bilirlər. 1990-cı illərdə olduğu kimi, eyni ssenarini təkrarlayaraq  bizi qıcıqlandırmaqla cəmiyyətdə xaos, gərginlik yaratmağa çalışırlar. Artıq bu günkü azərbaycanlılar XX əsrin sonundakı azərbaycanlılardan tam fərqlidirlər. Biz buraxdığımız səhvləri, emosiyalarımızı təhlil etmişik, hadisələrə çox səbirlə yanaşırıq. Çox müsbət haldır ki, Respublikanın başında beynəlxalq hüququ, diplomatic qaydaları bilən, təcürbəli, siyasəti anlayan rəhbər durur. Mən bu ifadəni kiminsə xoşuna gəlmək üçün yox, 30 ilə yaxın bir müddətdən sonar Qarabağ probleminin  çözüldüyünə görə deyirəm.

 

Aytəkin Qardaşova

Tarix: 19 May 2022, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin