BURADA REKLAMINIZ OLA
BİLƏR

"Elza Seyidcahan, vaxt gələcək səni bəyənməyənlər, sənə rəhmət oxuyacaqlar" - Nadir

Müğənni Nadir Qafarzadə maddi dəstək üçün ARB televiziyasında yayımlanan "Səni axtarıram” verilişində müraciət edən əməkdar artist Elza Seyidcahanı qınayanlara cavab verib.

 

Nadir Qafarzadə İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

 

"Vaxt var idi ki, Şövkət Ələkbərova, Rəşid Behbudov və digər sənətkarlar oxuyanda bəziləri və bir çoxları televizoru söndürərdi. İndi həyatda yoxdular deyə yaman şirin olublar. Son vaxtlar bəziləri özlərini meloman və zövqlü göstərmək üçün keçmiş ifaçıları misal gətirirlər.

 

Elza Seyidcahan, bir vaxt gələcək səni bəyənməyənlər, sənə rəhmət oxuyacaqlar. Buna əmin ol! Sən savadlı musiqiçi və yaxşı bəstəkarsan. Ey insanlar, bəsdir yaradıcı insanları qırmağınız, sındırmağınız, əzməyiniz. Onsuz da Azərbaycanda barmaqla sayılacaq qədər sənətkar qalıb. Onların qədrini bilək. Cabir Novruzun belə bir sözü var: Sağlığında qiymət verin insanlara..."

Tarix: 20 May 2022, 01:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin