BURADA REKLAMINIZ OLA
BİLƏR

SSRİ çempionu olduğunu iddia edən Etibar Əliyev küçələrdə gecələyir - FOTOLAR

Ömrünün 30 ilini boksa həsr etdiyini bildirən 58 yaşlı şəxs küçələrdə gecələyir.

 

Pravda.az-ın xəbərinə görə, Əliyev Etibar Nadir oğlu deyir ki, gənclik illərində mütəmadi idmanla məşğul olub və boks üzrə SSRİ çempionu olub. Hazırda səhhətində ciddi problemlər var və onun böyrəkləri öz funksiyasını itirib, sidik kisəsinə isə kateter qoşulub.

 

Yaxınlarını itirən Etibar Əliyev Nəsimi rayonu Rəsul Rza küçəsində, “Qış parkı”nın yaxınlığında, küçədə gecələyir.

 

 

Tarix: 20 May 2022, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin