BURADA REKLAMINIZ OLA
BİLƏR

Apteklərdə maska yenə də tapılmır - VİDEO

Son günlər ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır. Ölkə başçısı ötən gün Goranboy rayonunda çıxışı zamanı ölkəmizdə tibbi maska ehtiyyatının kifayət qədər olduğunu, suniqıtlığının isəbəzi möhtəkirlər tərəfindən yaradıldığını və bunu edənlərin də ən sərt formada cəzalandırılacağını bildirdi. Bu gün əməkdaşlarımız paytaxtdakı apteklərdə tibbi maska ilə bağlı sorğu keçiriblər və məlum olub ki, əksər apteklərdə maska satılmır. Aptekləri dərmanla təmin edən şirkətlər isə apteklərə hər gün maska verildiyini bildirir.

 

Koronavirusla mübarizə çərçivəsində hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tibbi maskanın xəstə şəxslər və həkimlər tərəfindən istifadəsi tövsiyyə edilsə də suni şəkildə yaradılan ajiotajdan sonra apteklərdə maska tapılmadı və ya qiyməti bir neçə dəfə artdı. Çox təəssüfki hələ də bir çox apteklərdə maska tapılmır.

 

Paytaxt sakinlərinin sözlərinə görə, hazırda maska tapmaq üçün gərək bir neçə aptekə girəsən.

 

Sorğumuz göstərdi ki, paytaxtdakı cəmi bir neçə aptekdə tibbi maska tapmaq olur, həm də ucuz qiymətə.

 

Aptekləri dərmanlarla təmin edən böyük şirkətlərdən birinin direktoru Əzizə Baxşıyevanın XəzərXəbər-ə verdiyi məlumata görə, hazırda anbarlarında kifayət qədər tibbi maska var. Onların nəzarətində olan apteklərə gündəlik təlbata uyğun 1-3 qutu maska verilir. Üstəlik maskanın 20 qəpikdən baha olmadan satılması tələbi qoyulub. Buna baxamayarq tövsiyyə edilib ki, maska limitlə satılsın. Çünki ölkədə maskadan istifadə edənlərin sayı az olduğu halda bəzi apteklərdə əssasız şəkildə maska həddindən artıq tez bitir. Bu isə onu göstərir ki, hələ də vəziyyətdən sui istifadə edənlər var.

 

Qeyd: Azərbaycan Prezidenti İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı maska çatışmazlığı məsələsinə toxunmuşdu və ciddi xəbərdarlıq etmişdi: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Tarix: 4 Mart 2020, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin