BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir ağır yol qəzası, 2 nəfər öldü

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, noyabrın 22-də saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

 

Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

 

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Tarix: 23 Noyabr 2019, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin