BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələri daha da gücləndirəcək”

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyada keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, Mehriban Əliyeva Rusiyada yüksək səviyyədə qarşılanıb: “Bunlar Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafından xəbər verir. Azərbaycan Rusiya ilə bütün sahələr üzrə əməkdaşlıq edir. Azərbaycan-Rusiya münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Təkcə 2018-ci ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayı 900 minə çatıb, 2019-cu ildə bu rəqəmin 1 milyonu ötəcəyi gözlənilir. Dövlətlərimiz arasında əlaqələr xalqları da yaxınlaşdırır. Mehriban xanımın Rusiyaya səfəri bu əməkdaşlıq münasibətlərini daha da gücləndirəcək”.

 

Xatırlatma: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir. Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb. Birinci vitse-prezident noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.

Tarix: 23 Noyabr 2019, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin