BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaqatalada it üç yaşlı uşağa hücum etdi, ağır xəsarət yetirdi

Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.

 

Pravda.az xəbər verir ki, bu gün səhər saat 09 radələrində rayonun Bəhmətli kənd sakini, 2019-cu il təvəllüdlü Adəm Cəlil oğlu Qurbanov sol göz nahiyəsinin və çənənin aşıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Müayinə zamanı 3 yaşlı A.Qurbanova səhər saatlarında yaşadığı ünvanda ailəsinə məxsus itin qəfildən hücum edərək xəsarət yetirdiyi məlum olub. A.Qurbanova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.

Tarix: 22 May 2022, 16:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin