BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Bağırov Şəhla Hümbətovanın ABŞ-da mükafat almasından danışdı

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Şəhla Hümətovanın ABŞ-da “Cəsarətli qadınlar” illik mükafatına (IWOC) layiq görülməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, A.Bağırov qeyd edib ki, məhkəməyə bilə-bilə saxta sübutlar təqdim edənlər ABŞ səfirliyinə müraciət etsinlər, mükafat vermək üçün siyahıya alırlar.

 

O, Cinayət Məcəlləsinə də istinad edib: “Maddə 294. Sübutları saxtalaşdırma

 

294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması—

üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Qeyd: Vaşinqtonda Ş.Hümbətovaya mükafatı ABŞ dövlət katibi Mike Pompeo təqdim edib. ABŞ-ın birinci xanımı Melania Tramp isə təbrik nitqi söyləyib.

 

2007-ci ildən ABŞ dövlət katibinin mükafatı bütün dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda mübarizədə çox vaxt risk və təhlükəyə məruz qalaraq müstəsna cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.

Tarix: 5 Mart 2020, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin