BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkəyə qaytarılan vətəndaşların sayı artıb

Bu ilin 2 ayı əzində ölkəyə gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

 

V.Hüseynov qeyd edib ki, olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında 0,4 faiz artım müşahidə edilib: “Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı 29 faiz artıb. Daimi yaşama icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün üzrə 23 faiz artım qeydə alınıb. Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb".

 

DMX rəisi vurğulayıb ki, 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir”.

Tarix: 5 Mart 2020, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin