BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisin saxlamaq istədiyi şəxs qaçmağa cəhd etdi, atəş açıldı

Beyləqanda polisə müqavimət göstərən şəxs tutulub.

 

Pravda.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülmüş tədbirlərlə o, saxlanılıb.

 

Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Tarix: 23 May 2022, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin