BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxanaya yerləşdirilən sabiq nazirin səhhəti necədir?

Xəbər verdiyimiz kimi, iki gün əvvəl səhər saatlarında sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

 

Pravda.az-ın məlumatına görə, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş Səlim Müslümovun səhhətindəki problem əvvəlki kimi qalmaqdadır.

 

Hazırda sabiq nazirin vəziyyəti orta-ağır olaraq qalır.

 

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, DTX-nin təcridxanasında saxlanılırdı.

 

Qaynarinfo

Tarix: 23 May 2022, 12:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin