BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şefik Caferoviç Prezident İlham Əliyevi təbrik etdi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, təbrik deyilir:

 

“Zati-aliləri.

 

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.

 

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

 

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Tarix: 23 May 2022, 12:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin