BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşqədəmdən həbs tələbi xəbəri ilə bağlı açıqlama - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı haqqında yayılan həbs tələbi xəbərlərinə açıqlama gətirib.

 

Pravda.az xəbər verir ki, bu haqda aparıcısı olduğu "Səni axtarıram" proqramında danışan Hidayətqızı hər zaman köməksiz insanlara yardım etdiyi halda haqqında çıxan bu xəbərlərə görə təəssüf hissi keçirdiyini dilə gətirib:

 

"Səhər baxıram ki, hamı mənə yazır ki "Xoşqədəm xanım salamtçılıqdır?" Həmin vaxt özümü çölə atdım, baxdım gördüm salamatçılıqdır? Mənə yazan şəxsə dedim ki, nəyə görə bu sualı verdiniz? Yazı atdı ki, sizin haqqınızda belə bir xəbər var: "Xoşqədəm Hidayətqızı həbs ediləcək". Haqqımda ittiham qaldırılıb. Niyə bala? Yetimin yanında olduğum üçün?!".

 

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Xoşqədəm Hidayətqızının həbsinin tələb olunması ilə bağlı xəbərlər yer alıb. BAKU.WS

 


 

 

Tarix: 23 May 2022, 12:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin