BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 539 Çin vətəndaşı var - RƏSMİ

"Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb”.

Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransında deyib.

O bildirib k, Azərbaycanda olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir: “Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır".

Tarix: 5 Mart 2020, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin