BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Axtarışda olan şəxs tutuldu

Azərbaycanda uzun illərdir axtarışda olan şəxs tutulub.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

30 mart 2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

 

Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak etmiş qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş, həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 24.05.2019-cu il tarixdə məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılmışdır.

 

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 01.05.2017-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulmuş, 18 may 2022-ci il tarixdə ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilmişdir.

 

Hazırda istintaq davam edir.

Tarix: 23 May 2022, 14:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin