BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə QMİ-nin sədr müavininin şikayəti ilə bağlı daha bir qərar çıxardı

Binəqədi Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlının Cavadlı Ülviyyə Səmədağa qızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şikayətin icraata qəbulundan imtina olunub.

 

Qeyd: Q.Cavadlı daha əvvəl eyni ittihamla qardaşının həyat yoldaşı Ü.Cavadlını məhkəməyə vermişdi.

 

Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunub.

 

Q.Cavadlı daha sonra yenidən məhkəməyə müraciət edib.

 

Həmin ittihamda qeyd edilib ki, Q.Cavadlı qardaşının həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib.

 

Belə ki, bir müddət əvvəl mediada tərəflər arasında ev alqı-satqısı zamanı bölgü məsələsi problemi ilə bağlı məlumatlar yayılmışdı.

 

Ü.Cavadlının həyat yoldaşı Cavadlı Lətif Aydın oğlu ötən il avqust ayında dünyasını dəyişib. Bundan sonra Ü.Cavadlı yaşadıqları evi satmaq istəyib. Bu zaman onun qayınanası və baldızı, QMİ-nin sədr müavini Qəmər Cavadlı arasında əmlak bölgüsü mübahisəsi yaranıb.

 

Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılıb ki, C.Ülviyyə ailəsinə xüsusilə anasına və ona qarşı çox aqressiv mövqe tutub. O, dəfələrlə anasına telefonla zəng edərək qadına hədə qorxu gəlib, miras əmlakdan anasına düşən paydan onun xeyrinə imtina etməyəcəyi halda onu öldürəcəyini, yandıracağını deyib, nalayiq sözlərlə anasını təhqir edib.

 

"Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə artıq müraciət ediblər. Barəmdə isə 2022-ci ilin yanvar ayından etibarən müxtəlif internet qəzetlərdə, sosial şəbəkələrdə şər-böhtan xarakterli məlumatlar yazdırıb", - şikayətdə qeyd edilib.

 

Kamal Məmmədov

Tarix: 24 May 2022, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin