BURADA REKLAMINIZ OLA
BİLƏR

“Poz, qazan” və bu tipli digər oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər - AÇIQLAMA

“Azərbaycanda mərc oyunları, o cümlədən “poz, qazan” ani lotoreyası qanunla tənzimlənir. Yəni qanuni cəhətdən götürsək, burada qeyri-qanuni nəsə yoxdur. Sadəcə, insanların bu oyuna olan marağı asan pul qazanmaq istəyindən qaynaqlanır. Bir çox ölkələrdə məhz əhalinin kasıb təbəqələri buna daha çox maraq göstərirlər, çünki qiyməti çox ucuzdur, elə Azərbaycanda da, cəmi bir manatdır... Belə lotoreyalarla qohumda, qonşuda, tanışda qalib gələnlər, müəyyən pul ödənişləri əldə edənlər olanda maraq artır. İstəyirlər ki, müəyyən imkana sahib olsunlar. Bu məsələnin həlli insanları maarifləndirməkdən keçir”.

 

Bunu Pravda.az-a iqtisadçı-ekspert Natiq Cəfərli “poz, qazan” ani lotoreyası barədə danışarkən deyib.

“Televiziyalarda, radiolarda, mətbuatda maarifləndirici verilişlərə ehtiyac var, çünki insanlar bu kimi şeylərə həddən artıq çox aludə olduqda bu, təbii ki, cəmiyyətdə ciddi problemlərə səbəb olan nəticələr doğura bilər” – N.Cəfərli qeyd edib.

 

Leyla

Tarix: 24 May 2022, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin