BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dəmiryolu stansiyasının mühafizəçisi döyüldü

Şəki Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Qərib Qasımovun (ad, soy adı şərti) barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttiham aktına görə, hadisə 2021-ci il iyulun 22-si saat 22 radələrində Ucar rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, rayonun dəmiryolu stansiyasında xidmətdə olan “Yevlax Yüklərin və Obyektlərin Mühafizə komandasının Ucar mühafizə qrupu”nun atıcısı (saatdar) Vəli Qayıbov (ad, soy adı şərti) stansiyasının parkının 5-ci yoluna daxil olaraq dayanmış qatarın yarımvaqonlarından birindən Qərib Qasımovun yararsız avtomobil ehtiyat hissəsini oğurlamaq istədiyini düşünüb və ona yaxınlaşıb. Qərib Qasımov əvvəllər də onu dəmiryolu stansiyası ərazisindən oğurluq etdiyi üçün tutaraq aidiyyəti orqanlara təhvil verdiyi bəhanəsi ilə Vəlinin üzərinə gedərək yumruqla onun sifət nahiyəsindən vurub.

 

Beləliklə o, zərərçəkmişin ənsə nahiyəsinin şişkinliyi və sol qulaqönü nahiyənin sıyrığından ibarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib, xidməti geyim formasının paqonunu dartıb qoparıb.

 

Daha sonra Qərib Qasımov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Ucar Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Məhkum hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 24 May 2022, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin