BURADA REKLAMINIZ OLA
BİLƏR

İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərildi - RƏSMİ

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

 

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

 

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

 

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.APA

Tarix: 5 Mart 2020, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin