BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşı: “Şeyxin 15 ildir “qazpulu” ödəməməsi ilə bağlı səsləndirilən iddialar doğru deyil”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə QMİ sədrinin 15 ildir, “qazpulu” ödəməməsi iddiasına münasibət bildirib.

 

C.Paşazadə Pravda.az-a açıqlamasında bildirib ki, Şeyxülislam Allahşükür Paşazadənin 15 ildir “qazpulu” ödəməməsi ilə bağlı səsləndirilən iddialar doğru deyil.

 

“Bunlar hamısı yalan söhbətlərdir” – o qeyd edib.

 

Xatırlatma: Xural TV-də A.Paşazadənin 15 ildir, “qaz pulu” ödəməməsi ilə bağlı fikirlər səsləndirilib. Qeyd olunub ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

 

"Azəriqaz" İstehsalat Birliyindən isə bildirilib ki, qurumda bu barədə məlumat yoxdur.

 

Leyla

Tarix: 24 May 2022, 17:12   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin