BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin yüksək vəzifə verdiyi Samir Məmmədov və Fərid Əhmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Dövlət başçısının digər Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov da Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

 

Pravda.az yeni nazir müavinləri ilə bağlı məlumatları təqdim edir.

 

S.Məmmədov 1974-cü ildə Bakı şəhərində anadan olub. 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili, 2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb. 1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib. 1998-1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışıb. 1999-2006-cı illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib. 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub. 2008-2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb. 2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb. 2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub. Rus və ingilis dillərini bilir.

 

Fərid Əhmədov isə 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib. 2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb. 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

 

2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

 

Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərmişdir.

 

2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

 

2007-2008-ci illərdə "LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə "BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.

 

2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

 

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunmuşdur.

 

Ailəlidir, üç övladı var.

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 24 May 2022, 21:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin