BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Trion Trade” şirkəti ilə bağlı qərar verdi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Trion Trade” şirkətinə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi protokola əsasən, şirkətin 4305 avro (inzibati xətanın bilavasitə obyekti olmuş 21528,99 avro məbləğinin 20 faizi) cərimə edilməsi barədə qərar çıxarıb. 

 

25 oktyabr 2019-cu il tarixli qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

“Trion Trade” satış və distribüter şirkəti 2016-cı ildə ilk olaraq qida məhsullarının idxalı ilə fəaliyyətə başlayıb. 2019-cu ildən isə qeyri-qida məhsullarını idxal edir. Şirkkətin Bakı şəhərində yerləşən mərkəzi anbarı və  bir çox rayonlarda filialları fəaliyyət göstərməkdədir.

 

Şirkət Türkiyə, Rusiya, Ukraina, Bolqariya, Polşa, İndoneziya, Tailand və s.kimi bir çox dünya ölkələrindən məhsullar idxal edir.

Tarix: 23 Noyabr 2019, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin