BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər TV-nin idarəçiliyi SOCAR-a keçdi - FOTO

Xəzər TV-nin idarəçiliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə keçib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, televiziyanın akt zalında iclas keçirilib. Azərbaycan Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnolgiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib ki, SOCAR-la memorandum imzalanıb.

 

Sənədə əsasən, Xəzər TV-nin idarəçiliyi SOCAR-a keçib, rəhbər də Xalq artisti Murad Dadaşov olub.

 

Qeyd: “Xəzər”in əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənov olub.

 

Fotoları təqdim edirik
Tarix: 5 Mart 2020, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin