BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dövlət başçısından təltif almaq xoş duyğudur” – Mehriban Zeynalova

“Qadın hüquqları müdafiəsi sahəsində Beynəlxalq Qadınlar günü ərəfəsində dövlət başçısından təltif almaq xoş duyğudur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

 

“Əməyinə Prezident tərəfindən qiymət verildiyini görmək insanı həm sevindirir, həm də üzərinə daha böyük məsuliyyət qoyur. Bundan sonrakı fəaliyyətimdə də cənab Prezident İlham Əliyevin yüksək dəyərini stimul olaraq qəbul edəcək, ölkəm, vətənim və millətim üçün daha da faydalı olmaqla bağlı vicdanım qarşısındakı sözü bundan sonra da tutmağa çalışacağam” – M.Zeynalova qeyd edib.

 

Qeyd: Prezident İlham Əliyev Mehriban Zeynalovanı “Tərəqqi” medalı ilə təltif edib.

Tarix: 5 Mart 2020, 19:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin