İlqar Məmmədov: “REAL hərəkatdan partiyaya çevriləndə, əvvəlcə buna qarşı çıxmışdım”
ReAl Partiya bu ilin sonunadək qurultay keçirəcək.
Pravda.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.
“2018-ci ildə REAL hərəkatdan partiyaya çevriləndə, əvvəlcə buna qarşı çıxmışdım və deyirdim ki, hələ vaxtı deyil. Lakin müəyyən təkidlərdən sonra partiya formatına keçid etmək istəyən yoldaşlara “kart-blanş” verdim ki, nə istəyirsiniz, onu da edin.
Onlar bacardıqlarını və guman edirəm ki, o zaman mümkün olan işləri əsasən gördülər. Hamısına o işə görə təşəkkür etməliyəm. Qərarın o zaman düzgün olub-olmadığını indi demək çətindir. İnsanlar müəyyən iş gördülər və buna görə onların hamısına təşəkkürümü dəfələrlə bildirmişəm, bu gün də bildirdim. Bununla belə, partiyaya keçid xeyli sayda dəyərli üzvümüzü bizdən uzaqlaşdırdı və mən heç vaxt bu itkilər haqqında təəssüf hissi keçirmədən düşünməmişəm. Hər halda, irəli baxmalıyıq deyə, həbsdən çıxdığım bir il ərzində partiyanın mənsiz düzəldilmiş strukturunu və iş prinsiplərini təhlil edirdim. Təməl uyğunsuzluqları müəyyən etdim və keçən dəfəki yazımda onları oxudunuz. Təkrar etməyim. Hansı dəyişikliklərin vacib olduğu haqda qənaətimi diqqətinizə çatdırım” – İ.Məmmədov qeyd edib.
O, vurğulayıb ki, dövlət qeydiyyatı almaq cəhdi qarşıdakı parlament seçkisi ərəfəsində önəmlidir, yoxsa izləyən seçicilərə və beynəlxalq seçki müşahidəsi heyətlərinə qeydiyyata aparan yolda niyə ikinci cəhd etmədiyi izah etmək çətin olacaq: “Odur ki, rəsmən Təsis Qurultayı keçirilməli, sənədlər Ədliyyə Nazirliyinə göndərilməlidir. Partiyanın yerli təşkilatları seçki dairələri əsasında qurulmalı idi. Məhz bu cür qurulmasını indi təklif etdim. İdarə Heyəti, Partiya Məclisi, Nəzarət-Təftiş Komissiyası adlandırılan qurumlar əvəzində başqa bir proto-parlament tipli qurum – şərti adını hələlik Siyasi Komitə qoyaq – olmalıdır. Ən azı 10-15, ən çoxu 125 nəfərdən ibarət ola bilər (REAL hakimiyyətə gələndə). Bu qurum qurultayda seçilir, seçki dönəmində öz qərarı ilə genişlənir, başqa dönəmlərdə isə sayca darala bilər. Çevik olmalı və dəyişkən siyasi vəziyyətə tez zamanda peşəkar qiymət verməlidir. Partiya sədrini qurultay deyil, Siyasi Komitə seçməlidir ki, avtoritarizm meylləri yaranmasın, yəni sədr özünü seçkili qurumdan üstün hiss etməsin. Nizamnamədəki struktur minimalist olmalıdır, sadəcə qanunvericiliyin tələblərini özündə daşımaqdan ötrü. Qalan fəaliyyət prinsipləri və formatları işçi qaydada müəyyən edilməli və zamanın tələbinə uyğunlaşmalıdır. Mövcud strukturla partiyanı seçkidə hər hansı uğura aparmaq, miqyasından asılı olmayaraq, mənim üçün çətin olardı. Seçkidən sonrakı 6 ay ərzində yeni qurultay keçirilməli, seçkinin nəticələri dəyərləndirilməli, yeni planlar cızılmalıdır. Qərarımız belə oldu ki, keçmiş İdarə Heyəti üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılsın və o, qurultay üçün təşkilati işləri həyata keçirsin. İlin sonunadək bu işləri tamamlamağa çalışmalıyıq. Seçki ilinə əsasən hazır yeni strukturla və bacarıqlarını gündəlik gücləndirən heyətlə daxil olmalıyıq. Bu, bir növ təşkilati pauzadır. Lakin təşkilati pauza siyasi fəaliyyətimizi heç bir halda dayandıra bilməz. Əksinə, bu pauza, seçkilərə hazırlıqla bağlı yeni bir siyasi koalisiya təşəbbüsümüzü də həyata keçirməyə imkan verə bilər. Bu istiqamətdə, yəni seçki koalisiyası istiqamətində yenilik olsa, ictimaiyyətə əlavə məlumat verəcəyik”.
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin