BURADA REKLAMINIZ OLA
BİLƏR

Sadiq Qurbanov: "Sizlərə xidmət göstərəcəm"

"Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib və nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib".
 

Pravda.az-ın xəbərinə görə, bunu 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Sadiq Qurbanov deyib.
 

"İradənizin ifadəsi olaraq 5 il müddətində sizlərə millət vəkili kimi xidmət göstərmək, parlamentin qanun yaradıcılıq prosesində təmsilçiniz olmaq, xalqımızın rifahı naminə ölkə rəhbərinin apardığı siyasətə dəstək olmağı mənə etimad etdiniz. Mənə göstərilən etimada görə hər kəsə bir daha öz dərin təşəkkürümü bildirirəm" - Qurbanov qeyd edib. 

Tarix: 5 Mart 2020, 21:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin